Əsas Səhifə > Dünya > Özbəkistanda koronavirusa yoluxanların sayı 25 mini ötdü

Özbəkistanda koronavirusa yoluxanların sayı 25 mini ötdü


3-08-2020, 08:59

 

Özbəkistanda son sutka ərzində daha 553 nəfərdə koronavirus aşkarlanıb, 4 xəstə ölüb. 

Şəffaflıq.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 25 336-ya, bu virusdan ölənlərin sayı isə 151-ə yüksəlib.

Bundan əlavə, indiyədək 15 833 nəfər sağalıb. Ölkədə 9 352 aktiv koronavirus xəstəsi var ki, onlardan da 185-nin vəziyyəti ağır qiymətləndirilir. 

Geri qayıt