Əsas Səhifə > Dünya > Dünyada koronavirusdan ölənlərin sayı 603 mini ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 603 mini ötdü


21-07-2020, 08:39

 

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 229 780 nəfər artaraq 14 348 858-ə yüksəlib. 

Şəffaflıq.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 111 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 603 691-ə çatıb.

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (7 584 675 nəfər) və Avropada (3 079 218 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.



Geri qayıt