Əsas Səhifə > Dünya > Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı


19-07-2020, 21:07

 

Çində son sutka ərzində 16 nəfərdə koronavirus aşkarlanıb, 17 pasiyent sağalıb, ölən olmayıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə həmin ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yoluxma hallarından 13-ü ölkə daxilində, 3-ü isə xaricdən gələn şəxslərdə aşkarlanıb.

Ölkədə 251 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-ü ağır vəziyyətdədir.

Çində ümumilikdə 83 660 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 775 nəfər sağalıb.

Geri qayıt