Əsas Səhifə > İdman > Çində COVID-19-un yeni ocağı aşkarlanıb

Çində COVID-19-un yeni ocağı aşkarlanıb


18-07-2020, 20:15

 

Çinin Sintszyan-Uyğur Muxtar rayonu koronavirus infeksiyasının yeni ocağına çevrilib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə “Associated Press” Çinin Milli Səhiyyə Komitəsinə istinadən xəbər verib.

Qeyd olunub ki, 17 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Bundan əvvəl, iyunun 11-də Pekində yenidən COVID-19 virusuna daxili ötürülmə yolu ilə yoluxma qeydə alınmışdı.

Geri qayıt