Əsas Səhifə > Dünya > Türkiyədə kəşfiyyatçı təyyarəsi qəzaya uğrayıb, 7 nəfər ölüb

Türkiyədə kəşfiyyatçı təyyarəsi qəzaya uğrayıb, 7 nəfər ölüb


16-07-2020, 08:36

 

Türkiyənin şərqindəki Van əyalətində təhlükəsizlik xidmətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.

Şəffaflıq.az “NTV” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Qəzanın yerli vaxtla saat 03:00 radələrində baş verdiyi deyilir. Təyyarə kəşfiyyat və müşahidə missiyası həyata keçirirmiş.


Ölənlər arasında iki pilot da var.
Geri qayıt