Əsas Səhifə > Dünya > "Bir gündə 230 mindən çox yeni yoluxma aşkarlandı" - ÜST

"Bir gündə 230 mindən çox yeni yoluxma aşkarlandı" - ÜST


12-07-2020, 22:43

 

Dünyada koronavirusa yoluxanların sayı 12,7 milyonu ötüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-a 230 370 yoluxma qeydə alınıb, 5 285 pasiyent dünyasını dəyişib.

Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 12 552 765 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 561 617 nəfər COVID-19-dan ölüb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 6540222 nəfərdə koronavirus aşkarlanıb, 283357 pasiyentin müalicəsi müsbət nəticələnməyib.

Geri qayıt