Əsas Səhifə > Gündəm > Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub

Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub


10-07-2020, 20:58

 

“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də yolxuma halları müşahidə edilib”.

Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, səfirliklərin əməkdaşları arasında da yolxuma halları qeydə alınıb: “Bundan əlavə onların ailə üzvlərindən də yoluxanlar var.

Buna baxmayaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir”.





Geri qayıt