Əsas Səhifə > Dünya > Mahmud Abbas İsrail ilə danışıqlara başlamağa hazır olduğunu bildirib

Mahmud Abbas İsrail ilə danışıqlara başlamağa hazır olduğunu bildirib


9-07-2020, 07:45

 

Fələstin rəhbəri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Fələstin rəhbərliyinin beynəlxalq vasitəçilərin – “dördlüyün” himayəsi altında İsrail ilə yenidən danışıqlara başlamağa hazır olduğunu bildirib.

Şəffaflıq.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “VAFA” Fələstin xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Kremlin mətbuat xidməti daha əvvəl Rusiya liderinin İsrail-Fələstin münaqişəsinin ədalətli həllini dəstəklədiyini bildirib.

Geri qayıt