Əsas Səhifə > Dünya > Qazaxıstanda koronavirusa yoluxanların sayı 20 mini ötüb

Qazaxıstanda koronavirusa yoluxanların sayı 20 mini ötüb


27-06-2020, 16:19

 

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 569 nəfər yoluxub.

Şəffaflıq.az "Kazinform"a istinadən xəbər verir ki, həmin ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 319 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 nəfər ölüb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 12 548 nəfər sağalıb, 150 nəfər isə vəfat edib.

Geri qayıt