Əsas Səhifə > Dünya > Çində 6,4 maqnitudalı zəlzələ olub

Çində 6,4 maqnitudalı zəlzələ olub


26-06-2020, 08:56

 

Çinin şimal-qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda 6,4 bal gücündə zəlzələ baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Seysmoloqların dediyinə görə, zəlzələnin episentri şəhərin Xotan rayonundan 279 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə hələlik bir məlumat verilməyib.

Geri qayıt