Əsas Səhifə > SİYASƏT > Paşinyan Əsədə dəstək göndərdi, ABŞ-dan reaksiya gəldi: “RUSİYANIN VASSALI...”
Paşinyan Əsədə dəstək göndərdi, ABŞ-dan reaksiya gəldi: “RUSİYANIN VASSALI...”9-02-2019, 12:33 |
![]() Ötən ilin dekabr ayında keçirilən parlament seçkilərindən sonra Ermənistanın yeni rəhbərliyinin Rusiyaya reveransları göz görəsi artıb. Yeni hökumətin parlamentdə təsdiqlənmə ərəfəsində olan 5 illik proqramında nələrin yer aldığı barədə ötən sayımızda yazmışıq. Həmin sənəddə ölkənin xarici siyasəti ilə bağlı əsas prioriteti qismində Rusiya ilə strateji əlaqələrin dərinləşməsi əks olunur. “Rusiya ilə strateji və müttəfiqlik əlaqələri dərinləşdirmək bizim əsas prioritetlərimiz sırasındadır. Ermənistan-Rusiya münasibətləri dostluq, bərabərlik problemləri birgə səylərlə həll etmək prinsipinə əsaslanır. Hökumət Rusiya ilə hərbi əməkdaşlığı Ermənistanın təhlükəsizlik sisteminin təminatı üçün mühüm amil hesab edir” - sənəddə bildirilir. Proqramda həmçinin Ermənistanın bundan sonra da Putinin layihələri olan Avrasiya İqtisadi Birliyi və KTMT-də qalacağı və hətta bu qurumlarda “fəal və təşəbbüskar olacağı” vurğulanır. Dünən isə məlum olub ki, Ermənistan Rusiyaya xoş gəlmək üçün daha bir jest edib: baş nazir Nikol Paşinyan Suriyaya - Bəşər Əsəd hakimiyyətinə dəstək qrupu göndərib. Məlumata görə, fevralın 8-də minalardan təmizləmə, həkimlər və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət, ümumi sayı 83 nəfər olan qrup Suriyanın Hələb şəhərinə çatıb. Bu barədə erməni KİV-ləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyana istinadən yazıb. Ermənistan mütəxəssislərinin bu ölkədə yerləşdirilməsi və təminatı məsələləri Rusiya tərəfinin dəstəyi ilə həyata keçiriləcək. ![]() ![]() ![]() “Yeni Müsavat”ın gürcü qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə konqresmen Frensis Runi dünən Vaşinqtonda olan Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşündə bildirib. Məlumata görə, qətnamə bir daha Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələsində ABŞ-ın qəti mövqeyini ifadə edir, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalını qətiyyətlə pisləyir. “Gürcüstan - Avrasiya regionunda sülhün və demokratiyanın yayılmasında Birləşmiş Ştatların etibarlı tərəfdaşıdır. Biz Rusiya Federasiyasının vassal dövləti (”client state") - Suriya Ərəb Respublikası tərəfindən Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyinin tanınmasını məhkum edirik", - deyə sənəddə vurğulanır. ![]() Xatırladaq ki, ötən ilin oktyabrında regionda, o cümlədən Ermənistanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Paşinyanla görüşdə Ermənistana Rusiya orbitindən uzaqlaşmaq və Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq üçün konkret addımlar atmağa çağırmışdı. ![]() Nəhayət, ona da şübhə qalmır ki, İrəvan istər Rusiya ilə münasibətlərdə, istərsə də Dalıq Qarabağ məsələsində sələflərinin siyasətini davam etdirəcəyi və indiki status-kvonu saxlayacağı təqdirdə nə Amerikanın, nə də bütövlükdə Qərbin mühüm maliyyə dəstəyini ala bilməyəcək. Demək, indilikdə Moskvanın etibarlını qazanmağın yollarını axtaran Paşinyanın öz xalqına vəd elədiyi islahatlar da vəd olaraq qalacaq. İqtisadi inkişaf əvəzinə isə, Ermənistan böyük müharibə riskinə tuş gələcək.../musavat.com/ Geri qayıt |