Əsas Səhifə > Dünya / Region > Azərbaycanlılar gürcü parlamenti qarşısında aksiya keçirdilər - Fotolar

Azərbaycanlılar gürcü parlamenti qarşısında aksiya keçirdilər - Fotolar


8-02-2019, 23:33

 Bu gün Tbilisidə parlament binası qarşısında Axalkalakidə erməni terrorçu Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq aksiya keçirlib.

Şəffaflıq.az gürcü KİV-nə istinadən xəbər verir ki, 1000-ə yaxın azərbaycanlı və gürcü ictimaiyyət nümayəndələri aksiyada iştirak ediblər.
Aksiya iştirakçıları separatçı şəxsə büstün qoyulmasını pisləyərək bu halın yolverilməz olduğunu deyiblər. Həmyerlilərimiz Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən azərbaycanlı ölkə vətəndaşlarına indiyə kimi heç bir küçə və ya abidənin olmadığını qeyd ediblər.
Təşkilatçılar bildiriblər ki, Mixail Avaqyanın büstü götürülməyənə qədər etiraz aksiyaları davam etdiriləcək."Qafqazinfo"
 

 
Geri qayıt