Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdi

Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdi


22-06-2020, 23:25

 

Səudiyyə Ərəbistanı yeni koronavirus pandemiyasına görə cari ildə xarici ölkələrdən gələn zəvvarlar üçün İslamın müqəddəs yerləri Məkkə və Mədinəyə Həcc ziyarətini ləğv edib. 

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı bildirib.

"Həcc ölkənin ərazisində yaşayan müxtəlif milliyyətlərdən olan zəvvarların olduqca məhdudlaşdırılmış sayının iştirakı ilə olacaq", - deyə krallıq hakimiyyətinin bəyanatında deyilir.

Geri qayıt