Əsas Səhifə > Dünya > Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı


19-06-2020, 08:26

 

Çində son sutka ərzində 32 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent sağalıb, ölən olmayıb. 

Şəffaflıq.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yoluxma hallarından 28-i ölkə daxilində (25-i Pekində, 2-si Hubey əyalətində, 1-i Lyaonin əyalətində), 4-ü isə xaricdən gələn şəxslərdə aşkarlanıb.

Ölkədə 293 aktiv koronavirus xəstəsi var ki, onlardan da 11-i ağır vəziyyətdədir.  

Çində ümumilikdə 83 325 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 398 nəfər sağalıb.

Geri qayıt