Əsas Səhifə > Gündəm > Əhaliyə XƏBƏRDARLIQ — Gələn həftəsonu evdə 3 gün qalacaqsınız

Əhaliyə XƏBƏRDARLIQ — Gələn həftəsonu evdə 3 gün qalacaqsınız


7-06-2020, 21:36

 

Koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanda paytaxt Bakıda və bir sıra bölgələrdə tətbiq edilən həftəsonu "evdə qal” tədbiri bir müddət davam edəcək.

Şəffaflıq.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu həftə yaşayış yerini və olduğu yeri tərk etməmək şənbə və bazar günlərinə tətbiq edildi. Gələn həftə isə bu qadağanın şənbə-bazar və bazar ertəsi günlərində tətbiq ediləcəyi gözlənilir. 

Bazar ertəsi 15 iyun "Qurtuluş günü” – qeyri-iş günü olduğu üçün iyunun 13, 14 və 15-i günlərində "evdə qal” tədbirinin tətbiq olunacağı bildirilir.


Geri qayıt