Əsas Səhifə > Dünya > Braziliyada COVID-19-dan ölənlərin sayı 31 mini ötdü

Braziliyada COVID-19-dan ölənlərin sayı 31 mini ötdü


3-06-2020, 06:57

 

Braziliyada son bir gün ərzində COVID-19-dan ölənlərin sayı rekord həddə çatıb.

Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, son 24 saatda 1 262 nəfər pandemiyanın qurbanı olub. Bununla da koronavirus qurbanlarının sayı 31 199 nəfərə çatıb.

Son məlumatlara görə, ölkədə COVID-19-a 555 383 yoluxma təsdiq edilib. Son bir gün ərzində virusa daha 28 936 yeni yoluxma aşkarlanıb.

Bildirilir ki, pandemiya ərzində ölkədə virusa yoluxmuş 223 mindən çox insan sağalıb.

Geri qayıt