Əsas Səhifə > İdman > Tennisçilərimiz Rusiyadan 4 medal ilə qayıdıb.

Tennisçilərimiz Rusiyadan 4 medal ilə qayıdıb.


3-02-2019, 17:13

 Şəffaflıq.az Gencler ve idman nazirliyinin melumatına əsasən bildirir ki, tennisçilərimiz Rusiyadan 4 medal ilə qayıdır. 
1-2 fevral 2019-сu  il tarixində  Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnir keçirilmişdir.
Turnirdə ölkəmizi idmançı Fatimə Cəfərova, Mehriban Dadaşova,Hacımurad Məmmədbəyov və Xaliq Becanov məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə təmsil etmişdir. şəxsi oyunlara 2 fevral tarixində yekun vurulmuşdur.Şəxsi oyunlarda tennisçimiz Mehriban Dadaşova  I yerin sahibi olaraq qızıl medal qazanmışdır. Digər tennisçimiz Fatimə Cəfərova isə gümüş medal qazanmışdır.Oğlanların oyunlarında isə Xaliq Becanov gümüş medal Hacımurad Məmmədbəyov isə bürünc medal qazanmışdır.
ALXAS
Şəffaflıq.az
Geri qayıt