Əsas Səhifə > Dünya > Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb


2-06-2020, 23:35

 

Son 24 saatda Türkiyədə daha 974 nəfər koronavirusdan sağalıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan sağalanların ümumi sayı 129 921 nəfərə çatıb.

Son bir gündə daha 22 nəfər koronavirusdan ölüb. Beləliklə, pandemiya qurbanlarının ümumi sayı 4 585 nəfərə çatıb.

Bu gün koronavirusla bağlı 32 325 test aparılıb. Pandemiya ərzində bu rəqəm 2 103 044 təşkil edib.

Geri qayıt