Əsas Səhifə > Dünya > ABŞ-da son sutkada 24 146 nəfər koronavirusa yoluxub, 967 nəfər ölüb

ABŞ-da son sutkada 24 146 nəfər koronavirusa yoluxub, 967 nəfər ölüb


31-05-2020, 18:08

 

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 146 yoluxma qeydə alınıb, 967 nəfər vəfat edib.

Şəffaflıq.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, burada Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək 1 770 384 nəfər koronavirusa yoluxub, virusa yoluxan 103 781 nəfər vəfat edib.

Xəstəlikdən ümumilikdə 416 mindən çox şəxs sağalıb.

Geri qayıt