Əsas Səhifə > Dünya > ABŞ üçün Böyük Böhran dövrünün təkrarı proqnozlaşdırılıb
ABŞ üçün Böyük Böhran dövrünün təkrarı proqnozlaşdırılıb31-05-2020, 18:06 |
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir. Müvafiq rəyi “Bloomberg Economics”in analitikləri səsləndiriblər. İyunun 5-də ABŞ-ın Əmək Nazirliyi işsizlik hesabatını açıqlayacaq. Ehtimal olunur ki, qurum bu göstəricinin 19,6 faiz artdığını bildirəcək. Bu isə Böyük Böhran dövründən bəri ən yüksək göstəricidir. Son on həftə ərzində ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı 40 milyonu keçib. Əmək Departamentinin məlumatına görə, 17-23 may tarixlərində 2,1 milyon amerikalı bu yardım üçün müraciət edib. Şəffaflıq.az Geri qayıt |