Əsas Səhifə > Dünya > İspaniyada son sutkada 182 nəfərdə koronavirus aşkarlanıb
İspaniyada son sutkada 182 nəfərdə koronavirus aşkarlanıb29-05-2020, 06:44 |
Son sutka ərzində İspaniyada 182 nəfərə COVID-19 diaqnozu qoyulub. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur. Bildirilir ki, epidemiyanın başlanğıcından bəri virusa yoluxanların sayı 237 906-ya çatıb. Son bir həftədə 38 nəfər virusun qurbanına çevrilib, ümumilikdə isə ölənlərin sayı 27 119 nəfərdir. Epidemiyanın əvvəlindən bu günədək 123 804 nəfər xəstəxanalara müraciət edib, onlardan 301-i son bir həftədə xəstəxanaya yerləşdirilənlərdir. İntensiv terapiya şöbəsinə indiyədək 11 389, bir həftədə isə 11 nəfər yerləşdirilib. Geri qayıt |