Əsas Səhifə > Region > Türkiyədə daha 34 nəfər koronavirusdan öldü

Türkiyədə daha 34 nəfər koronavirusdan öldü


27-05-2020, 23:41

 

Türkiyədə son sutkada daha 34 nəfər koronavirusdan vəfat edib.

Şəffaflıq.az xəbər verir ki,  bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 431 nəfərə çatıb. Son sutkada Türkiyədə 1 035 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 159 797 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 286 nəfər olmaqla 122 793 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 21 043 test aparılıb.

Geri qayıt