Əsas Səhifə > Dünya > Britaniyada bir gündə koronavirusdan 412 nəfər ölüb

Britaniyada bir gündə koronavirusdan 412 nəfər ölüb


27-05-2020, 23:28

 

Böyük Britaniyada son sutkada koronavirusdan yüzlərlə insan ölüb.


Bu barədə Şəffaflıq.az həmin ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, ötən gün ərzində 412 nəfər COVID-19-un qurbanı olub.

Qeyd edilir ki, ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 37 460 nəfər təşkil edir.

Həmçinin bildirilir ki, bir gün ərzində COVID-19-a 2 013 yeni yoluxma aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 267 240 nəfərə çatıb.

Geri qayıt