Əsas Səhifə > Dünya > Kanadada koronavirusa yoluxanların sayı 84,7 minə çatır

Kanadada koronavirusa yoluxanların sayı 84,7 minə çatır


25-05-2020, 08:49

 

Kanadada koronavirusa yoluxma hallarının sayı artıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinə istinadən TASS məlumat yayıb.

Qeyd edilir ki, ölkədə COVD-19-a yoluxanların sayı 84 699-a çatıb.

Nazirliyin məlumatına görə, son gün ərzində COVID-19-a yeni 1 078 yoluxma aşkarlanıb.

Bütün pandemiya ərzində Kanadada 6 424 insan koronavirusun qurbanı olub. Ölkədə virusa yoluxmuş 43 985 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Geri qayıt