Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 5,4 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 5,4 milyona çatır


24-05-2020, 08:53

 

Dünyada demək olar 5,4 milyon insan COVID-19-la bağlı analizlərin müsbət nəticələrini alıb.

Bu barədə Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, pandemiya ərzində virusa 5 397 305 yoluxma aşkarlanıb. Həmçinin 343 584 pasiyent koronavirusun qurbanı olub.

Bu halda COVID-19 infeksiyasından 2 236 294 insan sağalıb.

Hazırda 2 817 427 insan aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 540 pasiyentin vəziyyəti ağırdır. 

Geri qayıt