Əsas Səhifə > Dünya > Britaniyada koronavirusa yoluxanların sayı 250 mini ötüb

Britaniyada koronavirusa yoluxanların sayı 250 mini ötüb


21-05-2020, 22:54

 

Böyük Britaniyada son sutkada 338 nəfər COVID-19-un qurbanı olub.

Şəffaflıq.az xəbər verir ki, bunu krallığın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Birləşmiş Krallıqda ölənlərin sayı 36042-yə çatıb. Yoluxma faktlarının sayı daha 2615 nəfər artaraq 250908-ə yüksəlib.

Geri qayıt