Əsas Səhifə > Region > Türkiyədə koronavirusdan daha 27 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 27 nəfər ölüb


21-05-2020, 22:49

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 27 nəfər ölüb.

Şəffaflıq.az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 33633 şübhəli koronavirus testindən keçib, onlardan 1003-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4249 nəfər ölüb, 153548 nəfər bu infeksiyaya yoluxub, 114990 nəfəri isə müalicə olunub.

Bu gün 1092 xəstə evə buraxılıb.

Geri qayıt