Əsas Səhifə > Dünya > ÜST: Dünyada bir gündə koronavirusa rekord yoluxma qeydə alınıb

ÜST: Dünyada bir gündə koronavirusa rekord yoluxma qeydə alınıb


21-05-2020, 07:29

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın başlanğıcından dünyada koronavirusa ötən gün ərzində ən böyük sayda yoluxmanı qeydə alıb.

Bu barədə Şəffaflıq.az "İnterfaks"a istinadən xəbər verir.

"Son 24 saat ərzində ÜST-ə koronavirusa pandemiyanın başlanğıcından ən yüksək birgünlük göstərici - 106 min yeni yoluxma haqqında məlumatlar daxil oldu. Bu yoluxma hallarının demək olar üçdə ikisi dörd ölkədə qeydə alınıb", - ÜST təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusa istinadən “Twitter”də bildirib.

Lakin söhbətin virusa ən çox yoluxma hallarının qeydə alındığı hansı ölkələrdən getdiyi açıqlanmır.

ÜST rəhbəri vurğulayıb ki, dünya ictimaiyyəti "hələ COVID-19 pandemiyası ilə uzun yol keçməlidir".

Geri qayıt