Əsas Səhifə > Dünya > Çində yenidən sərt karantin rejimi tətbiq olunub

Çində yenidən sərt karantin rejimi tətbiq olunub


19-05-2020, 10:55

 

Çin hökuməti ölkənin şimali-şərq hissəsində yerləşən Tszilin əyalətinin Şulan şəhər qəzasının yaşayış rayonlarını karantinə bağlayıb. 

Şəffaflıq.az bildirir ki, bu barədə “Sinxua” agentliyi xəbər verib.


Buna səbəb mayın 7-dən indiyədək Şulan qəzasında 19 nəfərdə koronavirusun aşkarlanması olub. Bundan əlavə, həmin şəxslər daha 535 nəfərlə ünsiyyətdə olublar.

Bununla əlaqədar olaraq, yoluxma hallarının qeydə alındığı yaşayış rayonlarında mayın 18-i saat 12:00-dan etibarən administrasiyanın icazəsi olmadan sərbəst hərəkətə qadağa qoyulması ilə sərt profilaktik tədbirlər tətbiq olunub. Yerli mağazalar və supermarketlər karantində olan sakinlər üçün lazımi məhsulların çatdırılmasını təşkil edəcəklər.

Geri qayıt