Əsas Səhifə > Dünya > Bu ölkədə koronavirus pandemiyası başa çatdı

Bu ölkədə koronavirus pandemiyası başa çatdı


16-05-2020, 10:21

 


Sloveniya hökuməti koronavirus pandemiyasının ölkədə rəsmi olaraq başa çatdığını elan edib.

Şəffaflıq.az azvision.az-a istinadən xəbər verir ki, ölkənin Baş Naziri Yanez Yanşa Sloveniyanın Avropada ən yaxşı kliniki vəziyyətdə olduğunu bəyan edib.

“Bu, bizə epidemiyanın sona çatmasını elan etməyimizə imkan verir", - deyə Baş Nazir vurğulayıb.

Bununla belə, vətəndaşlar infeksiyanın yayılmasının qarşısını almaq üçün əsas qaydalara əməl etməyə çağırılıb.

Xatırladaq ki, son iki həftə ərzində Sloveniyada koronavirusa yoluxanların sayı gün ərzində 7 nəfərdən çox olmayıb. Bu günə qədər ölkədə 1464 nəfər virusa yoluxub, 103 xəstə ölüb, 322 nəfərin müalicəsi davam edir.


Geri qayıt