Əsas Səhifə > Hadisə > Azərbaycanda 11 yaşlı qız çayda batdı

Azərbaycanda 11 yaşlı qız çayda batdı


15-05-2020, 11:04

 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının batması barədə məlumat daxil olub.
FHN-dən Seffafliq.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Geri qayıt