Əsas Səhifə > Dünya > Hindistanda daha 3 min nəfərdə koronavirus aşkarlandı

Hindistanda daha 3 min nəfərdə koronavirus aşkarlandı


10-05-2020, 18:56

 

Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 3,2 min nəfər artaraq 62 939-a yüksəlib.

Bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, ölkədə hazırda 41 472 pasiyentin müalicəsi davam etdirilir. Daha əvvəl koronavirusa yoluxmuş 19 357 nəfər sağalıb (son sutkada 1 511), 2 109 nəfər vəfat edib (son sutkada 128).

Yoluxma hallarının çoxu Maxaraştra (20 228, son sutkada 1 165), Qudcarat (7 796, son sutkada 394) ştatlarında, eləcə də paytaxt Dehli ərazisində (6 542, son sutkada 224) qeydə alınıb.

Şəffaflıq.az

Geri qayıt