Əsas Səhifə > Manşet > Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım edib

Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım edib


10-05-2020, 14:38

 

“Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.

Şəffaflıq.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram” səhifəsində yazıb.

Geri qayıt