Əsas Səhifə > İdman > Məşhur klubun 38 üzvündə koronavirus aşkarlandı

Məşhur klubun 38 üzvündə koronavirus aşkarlandı


8-05-2020, 22:33

 

Braziliyanın “Flamenqo” klubunun üzvləri koronavirus testindən keçib.

Şəffaflıq.az klubun saytına istinadən xəbər verir ki, 293 nəfər müayinədən keçib.

Onlardan 38 şəxsin testi müsbət çıxıb. Test pozitiv olanlardan 3-ü futbolçudur. Klub oyunçuların adını açıqlamayıb.

Rio-de-Janyero təmsilçisi son Braziliya çempionudur və Libertadores kubokunun qalibidir.

Geri qayıt