Əsas Səhifə > Region > Moskvada özünütəcrid rejimi mayın 31-dək uzadıldı

Moskvada özünütəcrid rejimi mayın 31-dək uzadıldı


7-05-2020, 22:59

 

Moskva hökuməti paytaxtda özünütəcrid rejimini mayın 31-dək uzadıb. Hazırda Moskvada bağlı olan bütün xidmət, ticarət, təhsil, mədəniyyət və idman müəssisələri mayın 31-dək işləməyəcək.


Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat verib.

“Ticarət, ictimai iaşə, xidmət, mədəniyyət, təhsil, idman və digər qeyri-istehsal sahələrinin fəaliyyətinə qoyula müvəqqəti məhdudiyyətlər, habelə vətəndaşların özünütəcrid rejimi 31 may 2020-ci ilədək uzadılacaq”, - deyə mer öz bloqunda yazıb.


Şəffaflıq.az
Geri qayıt