Əsas Səhifə > Dünya > Britaniyada koronavirusdan ölənlərin sayı 27 mini ötdü

Britaniyada koronavirusdan ölənlərin sayı 27 mini ötdü


1-05-2020, 23:37

 

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 739 nəfər artıb. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 27 510 nəfərə çatıb.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 6 201 nəfər artaraq 177 454 nəfərə yüksəlib.

Geri qayıt