Əsas Səhifə > Dünya > Dünyada koronavirusdan 55 jurnalist vəfat edib

Dünyada koronavirusdan 55 jurnalist vəfat edib


1-05-2020, 22:50

 

Martın 1-dən etibarən dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş 55 jurnalist vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “The Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı məlumat yayıb.

Bildirilib ki, vəfat edən jurnalistlər dünyanın 23 müxtəlif ölkəsindəndir.

Qeyd olunub ki, jurnalistlər xəstəxanalardan material hazırlayarkən, həkimlərdən, siyasətçilərdən, iqtisadçılardan müsahibələr alarkən tibbi vasitələrin çatışmazlığı səbəbindən özlərini qoruya bilməyiblər və koronavirusa yoluxublar.
Geri qayıt