Əsas Səhifə > Region > Ermənistanda son sutkada 134 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 134 nəfər koronavirusa yoluxub


30-04-2020, 10:52

 

Ermənistanda son sutka ərzində 134 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə APA “Sputnik Armenia”-ya istinadən məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 2066 nəfərə, ölənlərin sayı isə 32 nəfərə çatıb.

Xəstəlikdən 929 nəfər sağalıb.
Geri qayıt