Əsas Səhifə > Gündəm > Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yeni namizəd irəli sürüb

Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yeni namizəd irəli sürüb


29-04-2020, 20:00

 

“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisə daxil olub. 

Şəffaflıq.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən baş prokuror vəzifəsinə baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Məsələ yaxın vaxtlarda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq.
Geri qayıt