Əsas Səhifə > Dünya > Braziliyada СOVID-19 qurbanlarının sayı 4 mini ötüb

Braziliyada СOVID-19 qurbanlarının sayı 4 mini ötüb


26-04-2020, 19:39

 

Braziliyada СOVID-19 xəstələrinin sayı artıb.

Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, son bir gündə koronavirusdan 346 nəfər ölüb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 mini ötüb.

Məlumata görə, 58,5 min nəfər koronavirusa yoluxub. Son 24 saat ərzində 5 514 nəfərdə koronavirus aşkarlanıb. 
Geri qayıt