Əsas Səhifə > Dünya > Almaniyada koronavirusa yoluxanların sayı 154 mini ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 154 mini ötdü


26-04-2020, 10:36

 

Almaniyada koronavirusdan son sutkada daha 140 nəfər ölüb.

Şəffaflıq.az “RİA Novosti”yə istinadla xəbər verir ki, məlumatı Robert Kox İnstitutu yayıb.

Bildirilib ki, virusdan ölənlərin sayı 5 640-a çatıb.

Məlumat görə, son sutkada koronavirusa 1 737 nəfər yoluxub. Bununla da onların sayı 154 175 nəfər olub.

Mütəxəssislər bildirib ki, bu müddət ərzində 112 min nəfər müalicə edilərək sağalıb.
Geri qayıt