Əsas Səhifə > Dünya > Çində koronavirusun ikinci dalğası Rusiya ilə sərhəddə başladı

Çində koronavirusun ikinci dalğası Rusiya ilə sərhəddə başladı


23-04-2020, 13:07

 

Çinin Harbin şəhərində koronavirusun ikinci dalğası başlayıb.

Şəffaflıq.az “Reuters”-ə istinadən xəbər verir ki, ölkə hökuməti artıq şəhərə giriş-çıxışı bağlayıb.

Son 10 gündə Harbində koronavirusa 57 yoluxma faktı aşkar edilib.

Yerli sakinlər evdən çıxarkən virusa yoluxmadıqları barədə QR-kod təqdim etməlidirlər.

Aprelin ortalarından Harbin xaricdən gələnlər üçün 28 günlük karantin tətbiq edib: insanlar iki həftə ərzində karantin mərkəzində, daha iki həftə isə evlərində qalmalıdırlar.

Aprelin 14-də Rusiyanın Harbindəki Baş Konsulluğu Rusiya-Çin sərhədində sərnişinlər üçün bütün quru sərhəd keçidlərinin bağlandığını bildirib.
Geri qayıt