Əsas Səhifə > ELM VƏ TƏHSİL > Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcək
Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcəkBu gün, 12:48 |
|
Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 14-də Cəbrayıl şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, qəbulda Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 7 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir. Şəffaflıq.az Geri qayıt |