Əsas Səhifə > FUTBOL > UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib

UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib


Bu gün, 09:12


"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Barselona"ya (İspaniya) məğlub olub.

Şəffaflıq.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

La Liqa təmsilçisinin heyətində Entoni Qordon (31, 51), Karim Adeyemi (55) və Qabriel Jezus (60) fərqləniblər.

Azərbaycan çempionunun yeganə qolu isə Coy Lens Mikelsin (63) adına yazılıb.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində növbəti görüşünü dekabrın 8-də səfərdə digər İspaniya təmsilçisi "Vilyarreal"a qarşı keçirəcək.


Geri qayıt