Əsas Səhifə > ELM VƏ TƏHSİL > Ağdam Dövlət Sosial İqtisad Kollecinin 100 illiyi qeyd olunub
Ağdam Dövlət Sosial İqtisad Kollecinin 100 illiyi qeyd olunubBu gün, 15:30 |
|
Ağdam Dövlət Sosial İqtisad Kollecinin yaradılmasının 100 illiyi qeyd edilib. Şəffaflıq.az-ın məlumatına görə, bu münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində tədbir keçirilib. Tədbirdə çıxış edən kollecin direktoru Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 1925-ci ildə təsis edilən Ağdam Kənd Təsərrüfatı Texnikumunun hüquqi varisi olduğunu bildirib. Onun sözlərinə görə, Ağdamın 1993-cü ildə işğal olunmasından sonra texnikum öz fəaliyyətini Ağcabədi rayonu 11 saylı orta məktəbin bazasında davam etdirib. Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı ilə texnikumun bazasında Ağdam Dövlət Sosial-İqtisadi Kolleci yaradılıb. Qeyd olunub ki, Təhsil Nazirliyinin 2008-ci il tarixli məktubuna əsasən, kollec Ağdamın Quzanlı qəsəbəsinə köçürülüb. Bildirilib ki, hazırda kollecdə 1332 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 117 pedaqoq, 60 texniki işçi məşğul olur. Geri qayıt |