Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Polşada sosial şəbəkələrdə terror təhdidləri yayan məktəbli həbs edilib
Polşada sosial şəbəkələrdə terror təhdidləri yayan məktəbli həbs edilibBu gün, 12:04 |
|
Polşanın paytaxtı Varşavada polis 15 yaşlı şagirdi sosial şəbəkələrdə terror aktı törətmək hədələri dərc etdiyinə görə saxlayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb. Bildirilib ki, Varşava liseylərindən birinin şagirdi partlayıcı qurğudan istifadə etməklə terror aktının hazırlanmasını bəyan edərək terror xarakterli materiallar yayıb və ictimai şəkildə nümayiş etdirib, həmçinin bu cür cinayətləri açıq şəkildə təqdir etdiyini bildirib. Onun paylaşımlarını məktəbinin şagirdləri və müəllimləri görüblər. Narahat olan pedaqoqlar bu barədə polisə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları materialları təhlil ediblər və toplanmış sübutlar yeniyetməyə qarşı beş cinayət hüquqpozması üzrə ittiham irəli sürməyə imkan verib. İş indi ailə məhkəməsinə göndəriləcək. Geri qayıt |