Əsas Səhifə > SİYASƏT > Mədəniyyət Nazirliyi muzey işçilərinin attestasiyasına başlayıb

Mədəniyyət Nazirliyi muzey işçilərinin attestasiyasına başlayıb


Bu gün, 14:20


Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə və Heydər Əliyev mərkəzlərində çalışan işçilərin attestasiya prosesi həyata keçirilir.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, proses dekabrın 8-dək davam edəcək.

Attestasiyaya ümumilikdə 986 işçi cəlb olunacaq.

"Attestasiya Əmək Məcəlləsinin 65-ci maddəsinə və Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na uyğun aparılır. Məqsəd işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq, ixtisasına və sənətinə görə tutduqları vəzifəyə (peşəyə) uyğun olub-olmadıqlarını müəyyənləşdirməkdir",- sorğuya cavabda qeyd olunub.

Şəffaflıq.az


Geri qayıt