Əsas Səhifə > SİYASƏT > Ağdərə və Xocalı rayonlarının sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Ağdərə və Xocalı rayonlarının sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib


Bu gün, 11:56


Ağdərə rayonunun Çıldıran, Vəngli və Xocalı rayonunun Xanabad, Xanyurdu, Badara kəndlərinə köçürülən ailələr sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.

Şəffaflıq.az


Geri qayıt