Əsas Səhifə > Hadisə > Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir
Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edirBu gün, 10:39 |
|
Prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilən 28-ci müsabiqənin yazılı imtahan mərhələsi keçirilir. Şəffaflıq.az xəbər verir ki, imtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edir. İmtahan başlayarkən bildirilib ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 133 namizəd (o cümlədən 47 qadın) Bakı Dövlət Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır. Baş Prokurorluğun "İşin Təşkili Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media vasitəsi ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında məlumat yerləşdiriləcək. Qeyd edək ki, 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş ali hüquq təhsilli mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 97 faizini təşkil etməklə, onların böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda bir hissəsi rəhbər vəzifələrdə çalışır. Geri qayıt |