Əsas Səhifə > ELM VƏ TƏHSİL > Taksi minik avtomobili sürücülərinin test imtahanı dekabrın 3-də keçiriləcək

Taksi minik avtomobili sürücülərinin test imtahanı dekabrın 3-də keçiriləcək


Dünən, 15:38


Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün 3 dekabr tarixində imtahan keçirəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

İmtahanda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.


Geri qayıt